RU

1260-cı gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1260-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 664 təyyarəsi, 283 helikopteri, 74 970 PUA-sı, 625 zenit-raket kompleksi, 24 464 tank və digər zirehli texnikası, 1 584 reaktiv yaylım atəş sistemi, 28 214 artilleriya və minaatanı, 39 180 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

Избранный
15
49
axar.az

10Источники