RU

Pezeşkianın oğlu İran-Azərbaycan münasibətlərinə qarşı çıxanları tənqid edib

Bakı. Trend:

İran-Azərbaycan münasibətləri əleyhinə radikal və məsuliyyətsizritorika bölgədə gərginliyi artırmaqdan başqa bir nəticəvermir.

Trend-inməlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkianın oğlu,müşaviri və köməkçisi Yusif Pezeşkian yerli media üçün yazdığıməqalədə qeyd edib.

Onun sözlərinə görə, ölkədə İsrailin İranla 12 günlükmüharibəsində guya Azərbaycanın İsrailə dəstək verdiyi ilə bağlıyayılan iddialar irəli sürülür. İlk öncə bu iddiaların hansıfaktlara əsaslandığını araşdırmaq lazımdır. Ölkənin təhlükəsizlikxidmətləri bu haqda heç bir hesabat verməyib və bu iddalarıtəsdiqləməyiblər.

Pezeşkian deyib ki, növbəti mərhələdə araşdırmaq lazımdır ki, buiddiaların ölkəyə hansı mənfəəti və xeyri olacaq. Görəsən,Azərbaycanla münasibətlərin gələcəyini gərginləşdirmək istəyirikmi?Bununla əlaqədar üç versiyanı nəzərdən keçirmək lazımdır:

“1. Hərbi qarşıdurma - yəni, ya İran Azərbaycana qarşı döyüşməkistəyir, ya da Azərbaycanı təhrik edir. Bu, nə dövlətin, nə dəxalqın istədiyi seçimdir və ölkənin maraqlarına ziddir; 2. Nə sülh,nə müharibə vəziyyəti - yəni, iki ölkə arasında gərginlik davamedir, amma hərbi qarşıdurma baş vermir. Bu halda qarşılıqlıdüşmənçilik siyasəti beynəlxalq forumlarda və iqtisadi sferalardazərər gətirə bilər; 3. Əməkdaşlıq və qonşuluq münasibətləri - fikirayrılıqlarına baxmayaraq, iqtisadi, ticarət və təhlükəsizliksahələrində əməkdaşlıq mümkündür və ən uğurlu yanaşma budur”, -deyə o bildirib.

Prezidentin köməkçisi bildirib ki, üçüncü yanaşma - dialoq vəəməkdaşlıq - həm İranın, həm də regionun sabitliyi baxımından ənməqbul yoldur.

Məqalədə:
Избранный
103
13
az.trend.az

10Источники