Qazaxıstan millisinin sabiq çalışdırıcısı Stanislav Çerçesov yenidən Rusiya Premyer Liqasına qayıdıb.
İdmanxeber.az xəbər verir ki, 61 yaşlı mütəxəssis “Axmat” klubuna baş məşqçi təyin olunub. Qroznı təmsilçisi onunla 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Çerçesov daha əvvəl Rusiya millisində və “Spartak”, “Dinamo”, “Amkar” kimi klublarda da çalışıb.