RU

Elmar Baxşıyev: Azarkeşlərin dəstəyinə çox ehtiyacımız var

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Mənim sərəncamımda olan futbolçular meydanda hər şeyini verməyə hazırdırlar".

Oxu.Az xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Omoniya"ya (Kipr) qarşı keçirəcəkləri ilk oyundan öncə mətbuat konfransında deyib.

O, sabahkı qarşılaşmaya ciddi hazırlaşdıqlarını söyləyib.

"Sabahkı oyuna yaxşı hazırlaşmışıq. "Omoniya"ya qarşı əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Liqa mərhələsinə adlamaq barədə indi danışmaq doğru olmaz. Hazırda bütün diqqətimiz sabahkı oyuna yönəlib. Oyuna gələn azarkeşlər 12-ci oyunçuya çevrilir. Futbolçularım azarkeşlərin dəstəyini tam hiss etmək istəyirlər. Bizə inansınlar, biz də onlara gücümüzü göstərməyə hazırıq".

Qeyd edək ki, "Araz-Naxçıvan" - "Omoniya" matçı avqustun 7-də "Dalğa Arena"da, saat 20:00-da start götürəcək. Cavab görüşü bir həftə sonra Nikosiyada təşkil olunacaq

Anar Həsənov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
20
oxu.az

1Источники