ABC News: ABŞ-ın Fort Stewart Hərbi Hava Qüvvələri bazası atışmada ölənlərin olduğunu bildirib
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.
"Fort Stewart atışma insidentinə görə mühasirəyə alınıb. Baza saat 11:04-də hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə mühasirəyə alınıb. Ölənlər barədə məlumat verilib, lakin vəziyyət stabil olaraq qalır", - bazanın bəyanatında deyilir.
CNN-in məlumatına görə, 5 əsgər yaralanıb, onların xəsarətlərinin xarakteri hələ müəyyən edilməyib. Hamısı hərbi hospitala yerləşdirilib.
Qeyd olunur ki, atəş açan şəxs saxlanılıb və artıq təhlükə yaratmır.
Məryəm Quliyeva