RU

Bu kluba yeganə ÇL kubokunu qazandıran əfsanə vəfat etdi

“Feyenoord”un əfsanəvi isveçli hücumçusu Uve Çindvall 82 yaşında dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bu barədə Niderland klubunun mətbuat xidməti məlumat yayıb.

Çindvall karyerasının ən parlaq illərini məhz “Feyenoord”da keçirib. O, 1966–1971-ci illər aralığında klubun formasını geyinib, 183 oyunda 147 qol və 43 məhsuldar ötürmə ilə yadda qalıb.

1968, 1969 və 1971-ci illərdə Niderland çempionatının bombardiri olub. 1970-ci ildə isə “Feyenoord”a indiyədək yeganə olan Avropa Çempionlar Kubokunu (red – indiki Çempionlar Liqası) qazandırıb. O, finalda “Seltik”ə qarşı keçirilən oyunun əlavə dəqiqələrində qalibiyyət qolunu vurub (2:1).

Избранный
95
44
publika.az

10Источники