RU

Sabah ın baş məşqçisi: Bizi Levski ilə qarşılaşmada nəyin gözlədiyini bilirəm

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Bolqarıstanın "Levski" klubu ilə oyunda onları nələrin gözlədiyini təxmin edir.

Fanat.Az, litvalı mütəxəssis bunu UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Levski" ilə oyunundan öncə baş tutan mətbuat konfransında deyib.

O, rəqibin böyük tarixə malik olduğunu vurğulayıb:

"Sabah "Levski" kimi böyük tarixə malik komanda ilə qarşılaşacağıq. Rəqib komandanın təqdimata ehtiyacı yoxdur. Bu qarşılaşmanı səbirsizliklə gözləyirəm. Bizi sabahkı qarşılaşmada nəyin gözlədiyini bilirəm. "Levski" II təsnifat mərhələsində "Braqa"ya qarşı güclü oyun nümayiş etdirdi. Ötən mövsüm Bolqarıstan çempionatında ikinci yeri tutublar. Bu qarşılaşmaya ciddi hazırlaşmışıq".

Qeyd edək ki, "Levski" - "Sabah" matçı avqustun 7-də, Bakı vaxtı ilə saat 22:00-da Sofiyadakı Georgi Asparuxov adına stadionda keçiriləcək.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
21
3
fanat.az

4Источники