RU

“8 avqust Cənubi Qafqazın Rusiyanın caynağından azad olunma tarixi olacaq”

Missiya.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Tezliklə Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanacaq”.

Missiya.Az xəbər verir ki, bunu Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili özünün “Facebook” sosial media hesabında yazıb.

“Avqustun 8-də Vaşinqtonda çox mühüm tarixi hadisə baş verəcək. Azərbaycan və Ermənistan ABŞ Prezidenti Donald Trampın vasitəsilə sülh sazişi imzalayacaq”, - deyə siyasətçi vurğulayıb.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddətdir ki, danışıqlar aparır, amma Ağ Ev rəhbərinin vasitəçiliyi ilə proses sürətlənib. Həmin gün dünya tarixində Cənubi Qafqazın Rusiyanın caynağından azad olunma tarixi kimi xatırlanacaq.

Saakaşvili qeyd edib ki, Rusiya artıq rəsmi olaraq üç Cənubi Qafqaz ölkəsindən ikisində  hegomonluğunu itirir. 

Sabiq Prezident həmçinin əlavə edib ki, Rusiya daxildəki şəbəkə vasitəsilə Gürcüstana nəzarəti saxlasa da, bu vəziyyət  dəyişmək üzrədir.

Daşqın Həsənov

Missiya.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
42
1
missiya.az

2Источники