RU

UEFA Avropa Liqası: İlk oyunlara 10 görüşlə yekun vurulacaq

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Oxu.Az xəbər verir ki, son oyun günündə 10 qarşılaşma baş tutacaq.

"Fredrikstat" "Midtyulland" ilə, "Linkoln" "Noah"la, "AEK Larnaka" "Legiya" ilə, "CFR Kluj" "Braqa" ilə, "Heken" "Brann"la, PAOK "Volfsberq"lə, "Panatinaikos" "Şaxtyor Donetsk"lə, "Zrinjski" "Bredablik" ilə, FKSB "Drita" ilə, "Servett" isə "Utrext"lə üz-üzə gələcək.

Qeyd edək ki, komandalar arasında cavab görüşləri bir həftə sonra, avqust ayının 12-də start götürəcək.

7 avqust

UEFA Avropa Liqası, III təsnifat mərhələsi

Saat 20:00, "Linkoln" - "Noah" ;

Saat 20:00, "Fredrikstat" - "Midtyulland";

Saat 20:30, "CFR Kluj" - "Braqa";

Saat 20:30, "AEK Larnaka" - "Legiya";

Saat 21:00, "Heken" - "Brann";

Saat 21:30, PAOK - "Volfsberq";

Saat 22:00, "Zrinjski" - "Bredablik";

Saat 22:00, "Panatinaikos" - "Şaxtyor Donetsk";

Saat 22:30, FKSB - "Drita";

Saat 22:30, "Servett" - "Utrext".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
34
4
oxu.az

10Источники