RU

“Araz-Naxçıvan” Bakıda, “Sabah” Sofiyada

Azərbaycanın “Sabah” və “Araz-Naxçıvan” komandaları bu gün Avropa Konfrans Liqasında növbəti oyunlarına çıxacaqlar.

Arena.az xəbər verir ki, təmsilçilərimiz bu turnirin 3-cü raundunda ilk oyunlarını keçirəcəklər.

Paytaxt klubu pley-offa vəsiqə uğrunda Bolqarıstanın “Levski” (Sofiya), Naxçıvan təmsilçisi isə Kiprin “Omoniya” kollektivi ilə mübarizə aparacaq. “Bayquşlar” bu mərhələdə də ilk oyunu səfərdə keçirəcəklər. Naxçıvan təmsilçisi isə “Omoniya” ilə ilk sınağına doğma meydanda çıxacaq.

“Sabah”ın “Levski” ilə keçirəcəyi ilk görüşü Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. “Araz-Naxçıvan”ın “Omoniya” ilə ilk oyununda isə Çexiyadan olan hakimlər söz sahibi olacaqlar.

Xatırladaq ki, paytaxt klubu Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Moldovanın “Petrokub” komandasını mübarizədən kənarlaşdırmışdı. Naxçıvan təmsilçisi isə Yunanıstanın “Aris” (Saloniki) klubundan güclü olmuşdu. İndi təmsilçilərimiz bu uğurun davamını gətirməyə çalışacaqlar.

Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları
7 avqust

“Araz-Naxçıvan” – “Omoniya”
Baş hakim: Andrey Berka.
Baş hakimin köməkçiləri: İvo Nadvornik, Yan Vanya.
Dördüncü hakim: Andrey Peçanek.
VAR: Tomas Koçurek.
AVAR: Miroslav Zelinka.
(Hakimlər briqadası Çexiyadandır)
Mərdəkan. “Dalğa Arena”. Saat 20:00.

“Levski” – “Sabah”
Baş hakim: Duye Strukan
Baş hakimin köməkçiləri: Alen Yakşiç, Maryan Tomas.
Dördüncü hakim: Ante Terziç.
VAR: Mario Zebeç.
AVAR: Ante Çulyak
(Hakimlər briqadası Xorvatiyadandır)
Sofiya. “Georgi Asparuxov” stadionu. Saat 22:00.

Избранный
10
1
arena.az

3Источники