"Qarabağ"dan ayrılan Yassin Benzianın yeni klubu müəyyənləşib.
Teleqraf xəbər verir ki, 30 yaşlı futbolçu Səudiyyə Ərəbistanının "Əl-Fayha" klubuna keçib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Əlcəzair millisinin yarımmüdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.
Yassin Benzia "Qarabağ"la başa çatan müqaviləsini yeniləməyib. O, 2023-cü ildən Ağdam təmsilçisinin şərəfini qoruyurdu.
Qeyd edək ki, Teleqraf daha əvvəl Yassin Benzianın "Əl-Fayha"ya keçəcəyi barədə məlumat yaymışdı.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта