RU

“Araz-Naxçıvan” “Omoniya”ya, “Sabah” “Levski”yə qarşı

“Sabah” və “Araz-Naxçıvan” bu gün UEFA Konfrans Liqasında növbəti oyunlarına çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, “Sabah” turnirin 3-cü raundunda Bolqarıstanın “Levski” (Sofiya), “Araz-Naxçıvan” isə Kiprin “Omoniya” komandası ilə mübarizə aparacaq.

Paytaxt klubu ilk oyunu səfərdə keçirəcək. Bu görüşü Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.

Naxçıvan təmsilçisi isə “Omoniya” ilə ilk sınağına doğma meydanda çıxacaq. Bu komandaların ilk oyununda Çexiyadan olan hakimlər söz sahibi olacaqlar.

Cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək.

Konfrans Liqası
3-cü təsnifat mərhələsi, ilk oyunlar
7 avqust

20:00. Araz-Naxçıvan – Omoniya
Baş hakim: Andrey Berka (Çexiya)
“Dalğa Arena”.

22:00. Levski – Sabah
Baş hakim: Duye Strukan (Xorvatiya)
“Georgi Asparuxov” stadionu.

Избранный
11
1
qafqazinfo.az

3Источники