RU

"Barselona"nın ulduzlarının arasının bu iki gözəl vurub

"Barselona" azarkeşləri uşaqlıq dostları olan Qavi ilə Fermin Lopezin münasibətlərinin əvvəlki kimi olmadığının fərqinə varıblar.

Publika.az xəbər verir ki, iddialara görə, futbolçuların sevgililəri - Ana (Qavinin sevgilisi) və Berta (Ferminin sevgilisi) – bir-birindən xoşlanmır və bu da oyunçuların əvvəlki kimi yaxın olmalarına mane olur.

Son hadisələr bu söz-söhbətləri daha da gücləndirib. Belə ki, Fermin sosial şəbəkədə adətən hər il Qavini ad günü münasibətilə təbrik edirdisə də, bu dəfə bunu etməyib.

Növbəti gün isə Lopezin "Instagram" səhifəsində aşağıdakı kimi fəlsəfi məzmunlu paylaşım görünüb:

"Pis insanlar, xəyanəti həyat tərzinə çevirənlər və qorxaqlığı bayrağa çevirənlər heç vaxt qalib gəlmir. Bu, sadəcə zaman məsələsidir. Onlar hər gün uduzur, çünki hər səhər üzlərinə taxdıqları maska gec-tez düşür və axırda hamı onların əsl simasını görür".

Azarkeşlər bu sözlərin Qaviyə ünvanlandığını düşünərək sosial şəbəkədə şərhlərlə bu iddianı müzakirə etməyə başlayıblar. Cəmi bir saat sonra Fermin paylaşımı silib və instaqramdakı şərh bölməsini bağlayıb.

Publika.az

Избранный
35
publika.az

1Источники