
Hərbi Prokurorluqda yeni təyinat olub.Ulusum.az "Trend"ə istinadən xəbər verir ki, bu barədə baş prokuror Kamran Əliyev əmr imzalayıb.Hərbi prokurorun təqdimatı və baş prokurorun müvafiq əmri ilə ədliyyə polkovnik-leytenantı Bəhruz Şükür oğlu Məmmədov Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi prokurorluqlarda istintaqa nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.Qeyd edək ki, son günlərdə Respublika Hərbi Prokurorluğunda bir neçə yeni təyinat olub. Hərbi Prokurorluqda hərtərəfli və intensiv islahatlar uğurla davam edir.
Diqqət Çəkənlər
ABŞ Hindistandan idxala əlavə 25 faiz rüsum tətbiq etdi
Xan qızı Natəvan – 193 ildir sözün zirvəsində
Ukraynada Azərbaycandan qaz qəbul edən stansiya dronlarla vuruldu