RU

Bakı və Sumqayıtda oğurluq edənlər tutulub

Paytaxt sakini olan bir nəfər Nəsimi rayonu ərazisində qol saatı, qızıl-zinət əşyası və pul kisəsinin oğurlanması barədə polisə müraciət edib.

Bakues.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı Z.Məmmədov saxlanılıb.

Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə ayrı-ayrı vaxtlarda iki şəhər sakininin 970 manatını və 2 ədəd mobil telefonunu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 1991-ci il təvəllüdlü T.Cabbarov saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Избранный
26
9
icma.az

10Источники