RU

Dünyanın ən uzun asma körpüsü inşa olunur – Tarixi qərar

İtaliyada hökumət komitəsi Siciliya bölgəsini materiklə birləşdirəcək nəhəng körpü layihəsinə rəsmi olaraq təsdiq verib.

Yenisabah.az xəbər verir ki, ölkənin cənubundakı Messina boğazı üzərində inşa ediləcək körpü 3,6 kilometr uzunluğunda olacaq və bu göstərici ilə dünyanın ən uzun asma körpüsü kimi tarixə düşəcək.

İtaliya hökuməti bildirir ki, bu layihə uzun illərdir - 1960-cı illərin sonlarından bəri gündəmdədir. Siciliya ilə materik arasında birbaşa nəqliyyat əlaqəsinin qurulması ölkənin kasıb cənub bölgəsinin iqtisadi inkişafına töhfə vermək məqsədi daşıyır. Sezar pizza

Baş nazir Corcia Meloninin rəhbərlik etdiyi sağ mərkəzçi hökumət bu layihəni prioritet elan edib və növbəti 10 il ərzində körpü və ətraf infrastrukturlar üçün 13,5 milyard avro vəsait ayrılacağını açıqlayıb.

İtaliyanın İqtisadi Planlaşdırma və Davamlı İnkişaf üzrə Nazirlərarası Komitəsinin son iclasında layihəyə rəsmi təsdiq verildiyi bildirilib.

CNN International-ın məlumatına görə, Messina Boğazı Körpüsü layihəsi beynəlxalq tender nəticəsində Eurolink konsorsiumuna həvalə olunub. Layihəni icra edəcək Messina Strait Company şirkəti isə bildirib ki, hökumətin təsdiqi artıq ilkin işlərin - arxeoloji və geoloji tədqiqatların, həmçinin ərazilərin kamulaşdırılması prosesinin başlamasına imkan verəcək.

Aydan Hacı 


Telegram kanalımız
Избранный
56
50
yenisabah.az

10Источники