RU

Süleyman Əl-Obeyd İsrail hücumlarının qurbanı oldu

Futbol üzrə Fələstin milli komandasının keçmiş hücumçusu Süleyman Əl-Obeyd İsrail hücumları nəticəsində 41 yaşında vəfat edib.

Arena.az bu barədə Fələstin Futbol Assosiasiyasının (PFA) mətbuat xidmətinə istinadən məlumat verir.

Əl-Obeydin həyat yoldaşı, iki oğlu və üç qızı başsız qalıblar.

Təşkilat qeyd edib ki, ölümü zamanı Əl-Obeyd Qəzza bölgəsinin cənubunda huminatar yardım gözləyən adamlar arasında olub. 2023-cü ilin oktyabr ayından bəri, Süleyman Əl-Obeyd Fələstin futbolunun həlak olmuş 321-ci nümayəndəsi olub.

Əl-Obeyd Fələstin çempionatında, həmçinin Qəzza klublarında çıxış edib, Fələstin milli yığma komandası üçün 19 oyun keçirib, 2 qol vurub.

Xatırladaq ki, Yaxın Şərqdə Fələstin və İsrail arasında gərgin münasibətlər hərbi əməliyyatlar müstəvisinə keçib. Qəzza zolağına nəzarət edən Fələstinin HƏMƏS hərəkatı 2023-cü il oktyabrın 7-də İsrailə hücum edib. Bunun müqabilində İsrail hadisəni “müharibə” adlandıraraq qarşı tərəfə hərbi üsulla cavab verib. Həmin gündən bəri sözügedən bölgədə mütəmadi olaraq şiddətli döyüşlər gedir. Nəticədə Fələstinin dinc sakinləri həlak olurlar.

Избранный
105
arena.az

1Источники