Türkiyədə Kapadokiyada festivala gedən 6 rusiyalı turist yol qəzası nəticəsində xəsarət alıb.
Publika.az xəbər verir ki, onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.
Hadisə Karamanda baş verib - minik avtomobili və turistləri daşıyan mikroavtobus toqquşub. Zərbədən idarəetməni itirən mikroavtobus yol nişanlarına çırpılaraq aşıb. Qəza nəticəsində 6-sı rus olmaqla 8 nəfər xəsarət alıb.
Bütün zərərçəkənlər Karaman xəstəxanasına aparılıb.