RU

“İşığın hələ də bizimlədir, amma özün yoxsan...” - Aybəniz Haşımovadan kövrək paylaşım

Əməkdar artist Aybəniz Haşımova mərhum Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı paylaşım edib.

Yenisabah.az xəbər verir ki, sənətçi sosial media hesabında Azərbaycan SSR Xalq artistinin vəfatından 7 gün keçməsini qeyd edərək ustad sənətkar haqqında duyğusal sözlər yazıb:

"7 gündür yoxsan, ustadım... Səni yoxluğunda daha da çox tanıyıram... İşığın hələ də bizimlədir, amma özün yoxsan, ustadım. Bu 7 gün – 7 il kimi uzun gəldi. pizza sifarişi

Dünyanın hər səsi, hər nəfəsi sanki sənsiz daha soyuq, daha mənasızdır. Bir sən var idin – ürəyimizə sözlə, səslə, sənətlə toxunan...

İndi susuram... Çünki billur səslə oxumaq da sənə yaraşırdı. Nə deyim sənə, dünya? Bülbül avazlı, təkrarsız, əvəzsiz Arif müəllimi bizdən aldın, apardın...

İndi Şövkət xanıma qonşudur Arif müəllim. Müğayyət olun biri-birinizdən, can... Biz gələnədək".

Xalq artisti Arif Babayev avqustun 1-i tarixində vəfat edib. O, Azərbaycanın muğam sənətində silinməz iz qoymuş, yüzlərlə tələbəyə müəllimlik etmiş dəyərli sənətkar idi.


Telegram kanalımız
Избранный
48
34
yenisabah.az

10Источники