RU

Vaşinqton və Ankara Bakıya görə birləşir Putin Əliyev üçün məcbur olacaq, Paşinyana isə...

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüş diqqət mərkəzindədir. ABŞ, Rusiyanın Ukraynada apardığı müharibə kampaniyasından sonra yaranan geosiyasi boşluqlara öz strateji imperativlərini yerləşdirməyi hədəfləyir”.

Bu sözləri Globalinfo.az-a analitik Aqşin Kərimov deyib.

Analitik bildirib ki, Vaşinqtonun Bakı ilə İrəvan arasında moderatorluq rolu sülh gündəminin intensivliyi, tempi və mahiyyətinin irəliləməsi baxımından müsbət impulslar verir:

“Bu mərhələdə ABŞ-da sülh müqaviləsi imzalanmayacaq. Lakin tərəfləri ayıran əsas məsələlər üzrə birgə məxrəcə yaxınlaşmaq üçün əhəmiyyətli addımların atılması ehtimalı böyükdür.

ABŞ Azərbaycan-Ermənistan sülh prosesi vasitəsilə Zəngəzur dəhlizinin strateji əhəmiyyəti fonunda Cənubi Qafqazdan Mərkəzi Asiyaya uzanan geosiyasi planlarını vahid strategiya ilə uzlaşdırır. Vaşinqton Gürcüstanda itirdiyi geosiyasi mövqeləri Azərbaycanla əlaqələr sayəsində kompensasiya etməyə çalışır.

Xəzər dənizinin Azərbaycan sektorunda müdafiə, təhlükəsizlik və energetika sahələrində əməkdaşlıq imkanlarına baxışı da yenilənir. Eyni zamanda, Türkiyə ilə ABŞ arasında son iki ildə müşahidə olunan müsbət dinamika Bakı-Vaşinqton münasibətlərinə də dolayısı ilə təsir edir. Bu baxımdan, Əliyev və Paşinyanın Vaşinqtonda baş tutacaq görüşü Ankara-Vaşinqton xəttində əldə olunmuş razılaşmalar – xüsusilə də PKK-nın ləğvi və bu prosesin nəticələri – kontekstində də qiymətləndirilə bilər”.

A.Kərimovun sözlərinə görə, ABŞ Cənubi Qafqazda yalnız Rusiyanın deyil, həm də Çinin artan fəallığına diqqət yetirir:

“Vaşinqton, gələcəkdə Çinin Bakı və İrəvan arasında etibarlı vasitəçi kimi önə çıxacağından ehtiyat edir. Bu səbəbdən ABŞ, rəqiblərini regiondan uzaq tutmaq məqsədilə Ermənistanı öz “müdafiə” və diplomatik-siyasi planına daxil etməyə çalışır.

Bu plan çərçivəsində, əgər Vaşinqtonun strategiyası Bakının maraqları ilə üst-üstə düşərsə, Azərbaycan-Türkiyə-ABŞ üçbucağında formalaşacaq əməkdaşlıq modeli Ermənistanı Rusiyanın təhdidlərindən qoruya bilər. Xüsusilə də Ermənistanda gələn il keçiriləcək seçkilər fonunda məsələ aktuallaşacaq. Bunun üçün isə ABŞ, Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın irəli sürdüyü tələb və şərtləri nəzərə almalıdır.

Həmçinin oxuyun:

Naxçıvana göndərilən “agent” ABŞ-a hansı məlumatları ötürüb? – İrəvan da razılaşır, lakin…/VİDEO

Əliyev-Paşinyan görüşünün İsrail-İran müharibəsindən sonra baş tutması da təsadüfi deyil. ABŞ-ın regional siyasətdə etdiyi yenilənmələr, böyük ölçüdə İsrail-İran qarşıdurmasının nəticələrinə əsaslanır və bu kontekstdə Azərbaycanın strateji mövqeyi ön plana çıxır”.

Aqşin Kərimov

Ekspert deyib ki, Vaşinqtondakı danışıqlardan öncə, avqustun 6-da Rusiya Prezidenti Vladimir Putinin Trampın Yaxın Şərq üzrə elçisi Stiv Uitkoffla görüşməsi də Cənubi Qafqaz kontekstində diqqətçəkicidir:

“ABŞ postsovet məkanında Rusiya-Ukrayna müharibəsini nizama salmaqla yanaşı, Cənubi Qafqazda da potensial müharibə ocaqlarını “söndürmək” üçün təşəbbüslər göstərir. Bu isə Ağ Ev və Kremlin həm rəqabət, həm də sövdələşmə imkanlarının birləşdiyi hibrid yanaşmaya əsaslanacaq.

Hər iki ölkə öz gələcək ekspansiv ambisiyalarını Bakının geosiyasi çəkisi fonunda Azərbaycan-Ermənistan münasibətlərinə proyeksiya etməyə tələsəcəklər. Bu kontekstdə əsas vasitəçi kimi Ermənistanın çıxış edəcəyi ehtimal olunur.

Əgər Vaşinqton görüşündən sonra Putin Paşinyana müəyyən vədlər verərsə, Ermənistanın sərhəddə təxribatlara əl atması mümkündür. Bu halda, Ermənistanın Rusiyadan gözlədiyi stimullaşdırıcı dəstək boşa çıxa bilər və qarşısında Azərbaycan-ABŞ strateji tərəfdaşlığı dayanacaq”.

Analitik əlavə edib ki, İran hazırda bölgədəki geosiyasi və təhlükəsizlik boşluqlarını aradan qaldırmaq üçün səylərini artırıb:

“Tehran bu məsələləri ABŞ ilə apardığı nüvə danışıqları kontekstində qiymətləndirir. Lakin İranın Zəngəzur dəhlizi ilə bağlı reaksiyaları yeni regional reallıqlar fonunda güclü müqavimət göstərmək imkanından uzaqdır.

Vaşinqton görüşündən dərhal sonra Vladimir Putinin İlham Əliyevlə telefon danışığı aparmaq məcburiyyətində qalacağı ehtimal olunur. Bu, Rusiyanın öz alternativ təkliflər paketini ortaya qoymaq niyyətini nümayiş etdirmək cəhdi kimi dəyərləndirilə bilər”.

Turan Rzayev

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
58
50
globalinfo.az

10Источники