RU

Səngəçal terminalından neft və kondensat ixracının həcmi açıqlanıb

Bakı. Trend:

Bu ilin birinci yarımilində Azəri-Çıraq-Günəşli (AÇG) vəŞahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərlərivasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.

Trend bp-yəistinadən xəbər verir ki, terminalın texniki emal sistemləriningündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdənizqazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalıvə ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəliktəqribən 100 milyon standart kubmetrdir.

İlk altı ay ərzində terminal təxminən 106 milyon barel neft vəkondensat ixrac edib ki, bu həcmlərin hamısı Bakı-Tbilisi-Ceyhanvasitəsilə nəql edilib. Bu göstərici ötən ilin eyni dövrü iləmüqayisədə 4 milyon barel və ya 3,6% azalma deməkdir.

Qaz terminaldan Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi(CQBKG) sistemi də daxil olmaqla əsasən Cənubi Qafqaz Boru Kəməri(CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylamasistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixracolunur.

İlk altı ay ərzində terminaldan həmçinin gündəlik orta hesablatəxminən 74 milyon standart kubmetr (təxminən 2 milyard 616 milyonstandart kubfut) Şahdəniz qazı göndərilib. Bu isə ötən ilin eynidövründəki göstərici ilə müqayisədə 2 milyon standart kubmetr və ya2,6% azalma deməkdir.

Terminalda emissiyaların azaldılmasınadoğru

İyunun 2-də Səngəçal terminalının investorları Səngəçalterminalının elektrikləşdirilməsi (STEL) layihəsini təsdiqlədilər.230 milyon dollar dəyərində olan bu layihə terminalın AzərEnerjiASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulmasını təminedəcək. Bunun üçün terminal ərazisinin həm daxilində, həm də ondankənarda yeni obyektlər, o cümlədən yeni 220/110 kV-luq elektrikyarımstansiyası inşa ediləcək.

STEL layihəsi Cəbrayıl rayonunda 240 MVt AC gücündə günəşelektrik stansiyasının tikintisini nəzərdə tutan Şəfəq günəşlayihəsi ilə “virtual enerji ötürmə mexanizmi” adlanan yenikommersiya modeli vasitəsilə sıx əlaqəlidir. Bu mexanizmə əsasən,Şəfəq stansiyası elektrik enerjisi istehsal edərək onu Cəbrayılrayonunda AzərEnerjiyə verəcək, AzərEnerji isə sonra eyni həcmdəelektrik enerjisini Bakı yaxınlığında yerləşən Səngəçal terminalınaötürəcək. Hazırkı proqnozlara və planlara əsasən, Şəfəq və STELlayihələri birlikdə Səngəçal terminalının gələcək istismar dövründəterminal əməliyyatlarından yaranan emissiyaların təxminən 50%azaldılmasına imkan yaradacaq.

Hazırda terminal öz enerji ehtiyacını qarşılamaq üçün yeddi qazturbinindən istifadə edir. Elektrikləşdirilmədən sonra turbinlərmərhələli şəkildə demontaj olunacaq və bu da istifadə olunmayanyanacaq qaz həcmlərinin ixraca yönəldilməsinə imkan verəcək.

STEL layihəsi Səngəçal terminalının operatoru olan bp tərəfindənhəyata keçiriləcək və idarə olunacaq. Layihə üzrə tikinti işləriartıq başlanıb və bu işlərin iki mərhələdə başa çatacağı nəzərdətutulur - 1-ci mərhələ 2027-ci ilin ortalarında, 2-ci mərhələninisə 2028-ci ilin sonunadək.

Məqalədə:
Избранный
34
az.trend.az

1Источники