RU

“Oğluma 100 minlik saat, yarım milyonluq rəsmlər almışdım”

“Qazprom” şirkətinin Azərbaycan nümayəndəliyinin sabiq rəhbəri Akif Həsənovun bağ evini qarət edib, daha sonra yandırmaqda ittiham olunan bağbanın məhkəməsi başa çatıb.

Publika.az qafqazinfo-ya istinadla xəbər verir ki, iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

İstintaq materiallarında yazılıb ki, ötən ilin qışında Akif Həsənovun Şüvəlan qəsəbəsində yerləşən bağ evində yanğın olub. Yanğın söndürüldükdən sonra evə baxış zamanı içində qiymətli əşyaların olduğu seyfin oğurlandığı məlum olub.

Araşdırma nəticəsində evin bağbanı - 29 yaşlı Əkbər Bəşirli şübhəli şəxs kimi tutulub. Onun evi qarət etməsini ört-basdır etmək üçün yanğın törətdiyi qənaətinə gəlinib. Bağban ittihamla qismən razılaşıb. O, evi yandırdığını boynuna almasa da, bəzi qiymətli əşyaları ələ keçirib satdığını etiraf edib.

Keçmiş məmur özü də məhkəmədə ifadə verib. O, hadisə nəticəsində yarım milyonluq qiymətli əşyalarının oğurlandığını deyib. Həmçinin evini də bağbanın yandırdığından əmin olduğunu bildirib: “Bahalı əşyaları, qızılları evdəki seyfdə saxlayırdım. 2022-ci ildə dəyəri 70 min manatdan çox olan “Breguet” və “Audemars Piguet” markalı dəri kəmərli saatlar yoxa çıxdı.

Избранный
34
24
publika.az

10Источники