RU

İlin ən yaxşı məşqçisi adına onlar namizəd oldu – SİYAHI

“France Football” nəşri kişi futbolunda 2025-ci ilin ən yaxşı məşqçisi adına namizədləri açıqlayıb.

Bizim.Media xəbər verir ki, siyahıda 5 mütəxəssis yer alıb.
 

Bunlar Antonio Konte (“Napoli” / İtaliya), Luis Enrike (PSJ / İspaniya), Hans-Diter Flik (“Barselona” / Almaniya), Enzo Mareska (“Çelsi” / İtaliya) və Arne Slotdur (“Liverpul” / Niderland).


İlin ən yaxşı məşqçisinin adı sentyabrın 22-də Fransanın paytaxtı Parisdə keçiriləcək mükafatlandırma mərasimində açıqlanacaq.

Bizim.Media

Избранный
94
6
bizim.media

7Источники