RU

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inkişafı üzrə əməkdaşlıq müzakirə edilib (FOTO)

Bakı. Trend:

Bakıda “AZCON Holding” şirkətlərindən olan “Azərbaycan DəmirYolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov “Gürcüstan DəmirYolları” SC-nin baş direktoru Laşa Abaşidze ilə görüşüb.

ADY-dən Trend-ə verilən məlumata görə, görüşdəBakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin inkişafı üzrəəməkdaşlıq, bu dəmir yolunun Gürcüstan hissəsininmodernləşdirilməsinin əhəmiyyəti və Orta Dəhlizin əsasseqmentlərindən biri kimi yükdaşımalardakı rolu müzakirəedilib.

Bildirilib ki, illik gücü 5 milyon tona çatdırılmış BTQ iləyükdaşımaların daha səmərəli təşkili və yeni yüklərin cəlbiməqsədilə “BTKI Railways” MMC birgə müəssisəsinin fəaliyyətiningücləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Tərəflər həmçinin əməkdaşlığın yeni səviyyəyə qaldırılmasıməqsədilə bu ilin iyununda imzalanmış yol xəritəsinin icrasınınmövcud mərhələsini müzakirə ediblər. Qeyd olunub ki, hazırdaAzərbaycan və Gürcüstanın dəmiryol mütəxəssisləri arasında birgəfəaliyyətin uzlaşdırılması və optimallaşdırılması məqsədilə zəruriməlumatların aktiv və konstruktiv mübadiləsi aparılır.

Həm işçi qrupları, həm də müntəzəm birbaşa görüşlərlə dahaeffektiv və operativ əməkdaşlıq nəticəsində Şərq-Qərb-Şərq marşrutuüzrə hər iki ölkədən keçməklə yükdaşımaların daha səmərəli təşkiliüçün fəaliyyətin gücləndiriləcəyi bildirilib.

Bundan başqa, bu ilin sonunadək Orta Dəhlizlə yükdaşımlardakağızsız sənəd dövriyyəsinin tətbiqi, “Track and Trace” yükizlənməsi sisteminin işə salınması üçün görüləcək işlər nəzərdənkeçirilib.

Bakı-Tbilisi-Qars
Bakı-Tbilisi-Qars
Bakı-Tbilisi-Qars
Избранный
122
23
az.trend.az

10Источники