RU

Yaponiyanın Baş naziri Donald Trampı yeni tariflərə dəyişiklik etməyə çağırıb

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 7 avqust, AZƏRTAC

Yaponiyanın Baş naziri Şigeru İşiba avqustun 7-də ABŞ Prezidenti Donald Trampı Vaşinqtonun yeni tarifləri ilə bağlı sərəncamına dəyişiklik etməyə çağırıb.

AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, Şigeru İşibanın şərhləri ABŞ-ın Yaponiya ixracına tətbiq etdiyi 15 faizlik tariflərin bu gündən qüvvəyə minməsi ilə əlaqədardır.

Yaponiyanın ən yüksək tarif müzakirəçisi Ryosei Akazava da bu həftənin əvvəlində ölkələrin son ikitərəfli ticarət razılaşmasına uyğun olaraq avtomobil tariflərinin sürətlə azaldılmasına nail olmaq məqsədilə Vaşinqtona səfər edib. O, yola düşməzdən əvvəl parlament komitəsində deyib ki, səfərinin məqsədi razılaşdırılmış tarif şərtlərində heç bir uyğunsuzluğun olmadığını təsdiqləməkdir.

Lakin çərşənbə günü Ağ evin rəsmisi Tokionun son ticarət razılaşması əsasında güman etdiyinin əksinə olaraq, Yaponiya idxalına xüsusi münasibət göstərilməyəcəyini bəyan edib. Ticarət müqaviləsinə əsasən, Yaponiya 550 milyard dollarlıq təşəbbüsün bir hissəsi olaraq ABŞ-a investisiyaları artırmağı öhdəsinə götürüb, eyni zamanda, ABŞ idxal olunan yapon avtomobillərinə tətbiq etdiyi tarifləri indiki 27,5 faizdən 15 faizə endirir.

Yaponiya iqtisadiyyatının əsas sütunu olan avtomobillərin ixracına tətbiq olunan yüksək tariflər ABŞ bazarına çox güvənən “Toyota” və “Honda” kimi böyük istehsalçılara ciddi zərər verə bilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
64
19
azertag.az

10Источники