RU

Yaşıl iqtisadiyyata ədalətli keçid üzrə milli səviyyədə töhfələrin hazırlanması prosesinə dair seminar keçirilib

Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən Bakıda “Milli səviyyədə müəyyən edilmiş töhfələrdə ədalətli keçidin həlli” mövzusunda texniki seminar keçirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, BƏT və aidiyyəti dövlət qurumlarının, sosial tərəfdaşların nümayəndələrinin iştirak etdiyi tədbirdə yaşıl iqtisadiyyata ədalətli keçid üzrə milli səviyyədə töhfələrin hazırlanma prosesi və ölkədə ədalətli keçidə yönələn əsas irəliləyişlərin müzakirəsi məqsədi daşıyıb.

Seminarda yaşıl iqtisadiyyata ədalətli keçid prosesində insan kapitalının, yaşıl iş yerləri və bacarıqların inkişafı, layiqli əməyin təminatı məsələlərinin önəmindən bəhs olunub. Bu sahələrdə milli səviyyədə töhfələr olaraq aparılan işlər, əldə olunan irəliləyişlər qeyd edilib.

Azərbaycanda “yaşıl iqtisadiyyat”a keçid dövrünə xas olan işçi qüvvəsinin formalaşdırılması üçün aparılan işlər diqqətə çatdırılıb. Sosial müdafiə sisteminin gücləndirilməsi, əmək, məşğulluq və sosial müdafiə sahələrində xidmətlərin rəqəmsallaşdırılması istiqamətində son illər əldə olunan mühüm uğurlar qeyd olunub.

Seminarda habelə “Hər kəs üçün ədalətli keçid” anlayışı, milli səviyyədə müəyyən edilmiş töhfələrin hazırlanması və həyata keçirilməsində onun əhəmiyyəti, BƏT tərəfindən Azərbaycanda həyata keçirilən tədbirlər barədə təqdimatlar edilməsi, mövzuya dair müzakirələr aparılması nəzərdə tutulub.

Избранный
96
5
vergiler.az

6Источники