RU

Karabükdə baş verən meşə yanğını nəzarət altına alınmağa çalışılır

BAKI, TurkicWorld, Nərmin Ağayeva

Karabükdə meşə yanğını baş verib, alovla mübarizə davam edir.

TurkicWorld xəbər verir ki, Türkiyənin Karabük vilayətinin Arçak kəndi yaxınlığında meşə ərazisində baş verən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür. Yanğın 7 avqust tarixində günorta saatlarında başlayıb.

Kənd sakinlərinin məlumat verməsindən sonra əraziyə fövqəladə xidmətlərin su maşınları, yanğınsöndürmə qrupları və Meşə Təsərrüfatı Regional Müdirliyinə məxsus helikopter cəlb olunub. Hazırda alovların qarşısının alınması istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, yanğının səbəbi və dəymiş ziyanla bağlı hələlik rəsmi açıqlama verilməyib.

Избранный
27
44
turkic.world

10Источники