RU

Sürücülərin DİQQƏTİNƏ: Ani diqqətsizlik FACİƏYƏ səbə ola bilər

ain.az xəbər verir, News24 saytına əsaslanaraq.

Bu gün səhər saatlarında Şəmkirdə avtomobil qəzası olub. Qəza nəticəsində 7  nəfər həyatını itirib, 6- sı isə xəsarət alıb. Baş verən qəzaya səbəb sürücünün ürək tutması olub. Bu kimi halların yaşanmaması üçün nə etməliyik? 

Ürək tutması zamanı hansı tibbi yardımlar göstərilməlidir? 

Mövzu ilə bağlı News24.az - a açıqlamasında   kardioloq Aynur Məmmədova qeyd edib ki, ürək dayanması həyati təhlükə yaradan təcili vəziyyətdir və belə anlarda vaxtında və düzgün müdaxilə insan həyatını xilas edə bilər: "Bu səbəbdən hər bir vətəndaş bu kimi hallarda necə davranmalı olduğunu bilməlidir. Əgər ətrafınızdakı bir şəxsin halı qəfil pisləşibsə, dərhal təcili tibbi yardım – 103 çağırılmalıdır. Şəxsin nəfəsi və nəbzi yoxdursa, bu, ürək dayanması deməkdir və kardiopulmonar reanimasiya (CPR) dərhal başlanmalıdır. 

CPR aşağıdakı kimi aparılır:

30 dəfə sinəyə bası tətbiq edilir (təxminən saniyədə 2 dəfə olmaqla);

Ardınca 2 nəfəsvermə edilir (əgər bunu etməyi bacarırsınızsa);

Əgər yaxınlıqda AED (defibrilyator) varsa, ondan istifadə olunmalıdır;

Təcili tibbi yardım gələnə qədər bu proses fasiləsiz davam etdirilməlidir;

Unutmaq olmaz ki, CPR düzgün şəkildə tətbiq edilməlidir. Çünki onu yanlış tətbiqi də təhlükəlidir". 

Həkimin sözlərinə görə, belə halla qarşılaşanda ilkin tibbi yardım edə bilmək üçün hər kəs CPR üsulunu öyrənməlidir: "Çünki ürək dayanması hər yerdə, hər an baş verə bilər. CPR isə belə hallarda həyatı xilas edən əsas müdaxilə üsuludur.

Sükan arxasında olan şəxslər üçün isə xüsusi diqqət vacibdir. Əgər sinə ağrısı, sinədə basqı və ya yanğı, tərləmə, ürəkbulanma, başgicəllənmə kimi əlamətlər hiss olunarsa, dərhal maşını saxlayıb yardım çağırmaq lazımdır. Bu, mümkün qəzanın qarşısını almağa kömək edə bilər.

Ürək tutmasının qarşısını almaq üçün aşağıdakı risk faktorlarına nəzarət vacibdir:

1. Qan təzyiqini daim nəzarətdə saxlamaq,

2. Qanda xolesterin və şəkər səviyyəsini mütəmadi yoxlamaq,

3. Siqaret və spirtli içkilərdən uzaq durmaq,

4. Artıq çəkidən azad olmaq,

5. Stressi azaltmaq və normal yuxu rejiminə əməl etmək.

Bu tədbirlərə əməl etməklə ürək-damar sağlamlığını qorumaq, həmçinin qəfil ürək dayanması riskini minimuma endirmək mümkündür".

Xeyrənsə Piriyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
58
1
news24.az

2Источники