RU

Növbəti hərracda 1 müəssisə, 12 nəqliyyat vasitəsi satılıb

Bakı, 7 avqust, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 1 müəssisə və 12 nəqliyyat vasitəsi özəlləşdirilib.

AZƏRTAC Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 35 sifariş qəbul edilib. Bunlardan 12-si onlayn qaydada həyata keçirilib.

Hərracda özəlləşdirilən müəssisə - əvvəllər kərpic zavodu kimi fəaliyyət göstərmiş obyekt Şəki rayonunun Daşüz kəndində yerləşir. Sahəsi 14 min 900 kvadratmetr, torpaq sahəsi 85 min 368 kvadratmetr olan əmlak 1 milyon manata satılıb.

Hərracda satılan dövlət əmlakının siyahısı ilə https://shorturl.at/NyeTm  linki vasitəsilə tanış olmaq mümkündür.

Məlumata əsasən, bu ay ərzində növbəti hərraclar avqustun 12-si və 19-da keçiriləcək. Hərraca çıxarılan əmlak siyahısı ilə https://shorturl.at/coCpP  linki vasitəsilə tanış olmaq mümkündür.

Hərraclarda iştirak etmək istəyən şəxslər www.emlak.gov.az  və www.auksion.gov.az  internet səhifələri vasitəsilə hərraca çıxarılan əmlak üzrə seçim edə bilərlər.

 

Избранный
11
14
azertag.az

10Источники