RU

Səhiyyə Nazirliyinin müəssisələrinə başçəkmələr həyata keçirilib (FOTO)

Bakı. Trend:

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyevanıntapşırığı ilə Milli Preventiv Mexanizm mandatı və Ombudsman yanında“Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrupununfəaliyyəti çərçivəsində Səhiyyə Nazirliyinin 2 nömrəli KlinikPsixiatriya Xəstəxanasına və Bakı şəhəri Narkoloji Mərkəzinəbaşçəkmələr həyata keçirilib.

Bu barədə Trend-ə Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani vəya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyası”nınFakültativ Protokolu, “Azərbaycan Respublikasının İnsan hüquqlarıüzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu,“Psixiatriya yardımı haqqında” Qanun əsasında təşkil edilənmonitorinqlərin məqsədi bu müəssisələrdə rəftar və şəraitinaraşdırılması, pasiyentlərin hüquqlarının təmini məsələlərinin vəgöstərilən xidmətlərin vəziyyətinin öyrənilməsi olub.

2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında həm stasionar, həmdə ambulator müalicənin aparıldığı, müəssisəyə əvvəlki başçəkmələrzamanı mövcud olan bəzi nöqsanların aradan qaldırıldığı, vakantolan yerlərə yeni işçilərin təyin edildiyi və bir neçə ay öncətəmir işlərinin aparıldığı müəyyən edilib. Xəstəxanada yaşayışşəraitinin, sənədləşmə işinin təkmilləşdirilməsi və bu sahəyənəzarətin gücləndirilməsi, pasiyentlərin daha çox açıq havagəzintilərinə çıxarılması istiqamətində tövsiyələr verilib.

Eyni zamanda, yaşayış binasının birinci mərtəbəsində fəaliyyətgöstərən Bakı şəhəri Narkoloji Mərkəzində yalnız ambulator müalicətədbirlərinin görüldüyü müəyyən olunub, həkim sayının az olduğumərkəzin sahəsinin də kiçik olduğu müşahidə edilib.

“Hər iki müəssisənin yeni, daha geniş binalara köçürülməsininnəzərdə tutulduğu bildirilsə də, bu məsələnin sürətləndirilməsiolduqca vacibdir.

Başçəkmələrin yekununda müəssisələrin rəhbərliyi və əməkdaşlarlahüquqi maarifləndirici söhbət aparılıb, Ombudsman Aparatının hüquqimaarifləndirici nəşrləri və “916” Çağrı Mərkəzi ilə bağlı məlumatlövhələri təqdim edilib.

Başçəkmə zamanı müəyyən edilmiş nöqsanların aradan qaldırılmasıməqsədilə Səhiyyə Nazirliyinə müraciət olunacaq”, - deyə məlumatdaqeyd edilib.

Səhiyyə
Избранный
8
9
az.trend.az

10Источники