RU

Polis oğurluq edən şəxsləri saxladı


Paytaxt sakini olan bir nəfər Nəsimi rayonu ərazisində qol saatı, qızıl-zinət əşyası və pul kisəsinin oğurlanması barədə polisə müraciət edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı Z.Məmmədov saxlanılıb.

Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı isə ayrı-ayrı vaxtlarda iki şəhər sakininin 970 manatını və 2 ədəd mobil telefonunu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 1991-ci il təvəllüdlü T.Cabbarov saxlanılıb.

ZÜMRÜD

Избранный
15
9
baki-xeber.com

10Источники