RU

Bahalı saatlar, məşhur rəssamların əl işləri... -  Akif Həsənovun bağ evində nə baş verib?

“Qazprom” şirkətinin Azərbaycan nümayəndəliyinin sabiq rəhbəri Akif Həsənovun bağ evini qarət edib, daha sonra yandırmaqda ittiham olunan bağbanın məhkəməsi başa çatıb.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər evrir ki, iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. 

Araşdırma nəticəsində evin bağbanı - 29 yaşlı Əkbər Bəşirli şübhəli şəxs kimi tutulub. Onun evi qarət etməsini ört-basdır etmək üçün yanğın törətdiyi qənaətinə gəlinib. Bağban ittihamla qismən razılaşıb. O, evi yandırdığını boynuna almasa da, bəzi qiymətli əşyaları ələ keçirib satdığını etiraf edib.

Keçmiş məmur özü də məhkəmədə ifadə verib. O, hadisə nəticəsində yarım milyonluq qiymətli əşyalarının oğurlandığını deyib. Həmçinin evini də bağbanın yandırdığından əmin olduğunu bildirib: “Bahalı əşyaları, qızılları evdəki seyfdə saxlayırdım. 2022-ci ildə dəyəri 70 min manatdan çox olan “Breguet” və “Audemars Piguet” markalı dəri kəmərli saatlar yoxa çıxdı. 

Zərərçəkmiş onu da əlavə edib ki, məşhur rəssamların əl işlərinin həvəskarı olaraq orijinal rəsm əsərləri alıbmış. Yanğın zamanı onlar da məhv olub. Rəsm əsərlərinin indiki dəyəri elə yarım milyona yaxındır: “Hamısını 15 il əvvəl almışdım. Evdə 4-5 belə rəsm əsəri vardı. Araşdırsaq, elə onların bugünkü bazar qiyməti yarım milyona yaxındır. Sadəcə Əkbərə yazığım gəldiyi üçün bu əsərlərin məhv edilməsini maddi zərər kimi nəzərə almadım”.

Hökmə əsasən, Əkbər Bəşirli oğurluqda, əmlakı qəsdən məhv etməkdə, rəsmi sənədləri, möhür və ya ştampları məhv etməkdə təqsirli bilinib. Ona 7 il həbs cəzası verilib. Bağbana qarşı vurduğu ziyana görə 450 min manatlıq mülki iddia da təmin edilib.

MİA.AZ

Избранный
36
25
mia.az

10Источники