RU

AZAL təyyarəsinin vurulan blokları ABŞ a ekspertizaya göndərildi YENİ DETALLAR (video) KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat verir.

AZAL təyyarəsinin vurulan blokları ABŞ-a ekspertizaya göndərilib.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev Astanada keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, AZAL-a məxsus Embraer-190 təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış bortundakı aviyonika modulu — təyyarənin idarəetmə və naviqasiya blokları — ABŞ-ın “Honeywell International” şirkətinə ekspertizaya göndərilib. Sözügedən şirkət həmin avadanlığın istehsalçısıdır.

“Modul və GPS sistemi ilə bağlı qərarların koordinasiyası üçün Braziliya, Rusiya və Azərbaycan nümayəndələrinin iştirakı ilə beynəlxalq konfrans təşkil olunub”, – Bozumbayev bildirib.

Baş nazir müavini əlavə edib ki, mübahisəli aviasiya bloku ABŞ-ın Arizona ştatının Finiks şəhərinə göndərilib. Onun sözlərinə görə, hazırda üç altkomissiya üzrə sənədlərin təhlili aparılır və bütün ekspertiza mərhələləri başa çatdıqdan sonra yekun hesabatın hazırlanmasına başlanacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
41
4
konkret.az

5Источники