BAKI, 7 avqust. TELEQRAF
Kamboca ABŞ Prezidenti Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərib.
Teleqraf xəbər verir ki, Nobel Komitəsinə müvafiq müraciəti Baş nazir Hun Manet göndərib.
Məktubunda o, Kamboca və Tailand arasındakı münaqişənin həllində Trampın xidmətlərini qeyd edib və onun görkəmli diplomatik intuisiyasını, həmçinin liderlik keyfiyyətlərini vurğulayıb.