Pakistanda 28 ildir itkin düşən kişinin cəsədi tapılıb.
Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Kohistan bölgəsində qeydə alınıb.
Dağlıq Kohistan bölgəsində bir qrup ziyarətçi cəsədi görüb və yerli sakinlərə xəbər verib.
Cəsəd ərazidəki buzlaqların əriməsi nəticəsində üzə çıxıb.
Tapılan şəxsin cəsədinin çürüməməsi və şəxsin tanınacaq halda olması diqqət çəkib.
Onun kimliyi paltarından tapılan şəxsiyyət vəsiqəsi sayəsində müəyyən edilib.
Polis rəsmiləri, buzlaqın temperaturun artması ilə əriməsi nəticəsində aşkar edilən cəsədin təxminən 28 il əvvəl yoxa çıxan Nəsrəddin adlı şəxsə aid olduğunu bildirib.
Yerli sakinlər həmin şəxsin heyvan alveri ilə məşğul olduğunu, Battaqram bölgəsindən qayıdarkən atı ilə mağaraya girdiyini və bir daha geri qayıtmadığını bildiriblər.
Qeyd edilib ki, qardaşı və ətrafdakı kəndlərin sakinləri həmin vaxt mağarada axtarış aparsalar da, Nəsrəddini tapa bilməyiblər.
Billurə Yunus