BMT-nin baş katibi Antonio Quterreş Vaşinqtonda Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ lideri Donald Tramp arasında baş tutan üçtərəfli görüşü alqışlayıb.
Referans xəbər verir ki, bu barədə BMT baş katibinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, BMT Ermənistanla Azərbaycan arasında münasibətlərin tam normallaşması istiqamətində atılan istənilən addımı həmişə dəstəkləyib.
“Xüsusən, iki ölkə arasında sülh sazişi layihəsinin razılaşdırılması istiqamətində mart ayında atılan addım çox mühüm idi. Baş katib Quterreş Ermənistan və Azərbaycan liderlərinin prezident Donald Trampla sabahkı görüşünü alqışlayır”, – məlumatda vurğulanıb./Globalinfo.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта