RU

Günəşdə gün ərzində 2-ci güclü partlayış oldu

Avqustun 7-də Günəşdə gün ərzində sondan əvvəlki güc sinfinə (M) aid ikinci partlayış qeydə alınıb.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
 

"Avqustun 7-də Moskva vaxtı ilə saat 14:31-də (Bakı vaxtı ilə 15:31 - red.) rentgen diapazonunda 4168 (N03W32) Günəş ləkələri qrupunda 68 dəqiqə davam edən M3.9 partlayışı qeydə alınıb", - deyə məlumatda bildirilib.


Bundan əvvəl avqustun 7-də səhər saatlarında M2.2 partlayışı baş vermişdi.

Bizim.Media

Избранный
15
4
bizim.media

6Источники