RU

Avropanın 10 mindən çox hoteli bu saytı məhkəməyə verir

Bakı. Trend:

Avropanın 10 mindən çox otelinin rəhbərliyi turizm sektorundaqlobal səviyyədə populyar olan “Booking.com” saytını məhkəməyəverməyə hazırlaşır.

Trend xəbər verirki, bu barədə xarici KİV-lər məlumat yayıb.

İddiaya əsasən, “Booking.com” öz nüfuzundan istifadə edərək 20il ərzində bazar trendlərini öz xeyrinə dəyişməkdə ittihamolunur.

Avropa İttifaqı daxilində sektoru təmsil edən və məhkəməprosesini başladan Avropa Mehmanxanalar, Restoranlar və KafelərAssosiasiyası (Hotrec), artan maraq səbəbilə otel sahiblərininiddiaya qoşulması üçün son tarixi 29 avqusta qədər uzadıb.

Avropa qonaqpərvərlik sektorunda indiyə qədər irəli sürülmüş ənböyük kollektiv iddialardan biri sayılan bu prosesə, BöyükBritaniyanın da daxil olduğu 30 milli mehmanxana assosiasiyasıdəstək verir.

“Booking.com”un qanunsuz “ən yaxşı qiymət” şərtlərindən istifadəetməsi nəticəsində maliyyə itkilərinə məruz qalan otellər artıqAvropa üzrə bu təzminat təşəbbüsünə qoşulub, onların sayı 10 minikeçib,” – “Hotrec”in bəyanatında qeyd olunur.

İddiada bildirilir ki, “Booking.com”un tətbiq etdiyi “ən yaxşıqiymət” öhdəliyi otellərə güclü təzyiqlərlə qəbul etdirilib və bu,onların digər platformalarda, o cümlədən öz rəsmi saytlarında dahaaşağı qiymət təklif etməsinin qarşısını alıb.

Məqalədə:
Избранный
25
4
az.trend.az

5Источники