RU

Gənc qızla dalaşan taksi sürücüsündən dəhşətli hərəkət - Foto

İstanbulun Esenyurt rayonunda taksi sürücüsü gənc qıza qarşı zorakılıq edib.

Yenisabah.az xəbər verir ki, piyada keçidindən istifadə etmək istəyən qızla taksi sürücüsü arasında mübahisə yaranıb. Qız sürücünün şəklini çəkib və bu zaman sürücü avtomobildən düşərək ona yumruq atıb. Zərbədən sonra qız yerə yıxılıb və huşunu itirib.

Ətrafdakı insanlar dərhal müdaxilə edərək qıza kömək göstərib və hadisə yerinə təcili yardım çağırılıb. Yaralı qız xəstəxanaya aparılıb. Dominos pizza

Hadisə ilə bağlı araşdırma aparılır, sürücünün kimliyi müəyyən edilib və onu tapmaq üçün əməliyyat başlanıb. Hadisə anı isə ətrafdakılar tərəfindən mobil telefonla qeydə alınıb.

Aytac Əliyeva


Telegram kanalımız
Избранный
21
yenisabah.az

1Источники