RU

Transformator qəfil alışdı, qəsəbə işıqsız qaldı...VİDEO

Transformator qəfil alışıb. Minlərlə sakin işıqsız qalıb.

Xezerxeber.az xəbər verir ki, görüntülər Abşeronun Saray qəsəbəsindəndir.

Qəsəbədə yerləşən və minlərlə abonentə xidmət göstərən transformator qəfil alışıb. Hadisə nəticəsində qəsəbədə elektrik enerjisi problemi yaşanıb və sakinlər bir müddət işıqsız qalıblar. Qısa müddət ərzində əraziyə cəlb olunan texniki heyətin müdaxiləsindən sonra enerji təchizatı bərpa olunub.

Ərazidə yaşayan sakinlərin bildirdiklərinə görə, son aylarda elektrik enerjisi ilə bağlı mütəmadi problemlər müşahidə olunur.

Elektrik enerjisinin tez-tez dayanması, gərginliyin gah artıb, gah da azalması evlərdəki məişət avadanlıqlarının sıradan çıxmasına səbəb olur.

Məsələ ilə bağlı "Azərişıq" ASC-dən “Xəzər Xəbər”ə bildirildi ki, artıq yanan transformator yenisi ilə əvəz edilib və abonentlərin elektrik təchizatı bərpa olunub. Qeyd edilib ki, isti hava səbəbindən elektrik xətlərində yaranan yüklənmələr son günlərdə artıb. Mövcud problemlərin qarşısını almaq məqsədilə "Azərişıq" ASC-nin Mərkəzi Aparatında, Regional Enerji Təchizatı və Satışı İdarələrində, eləcə də şəhər və rayon Elektrik Şəbəkələrində qəza xidməti 24 saat fasiləsiz fəaliyyət göstərir. Adıçəkilən qurumdan o da deyildi ki, sakinlərin müraciətlərindən dərhal sonra müvafiq texniki qruplar əraziyə göndərilir, baş verən qəzalar operativ şəkildə aradan qaldırılır və elektrik enerjisinin verilişi bərpa olunur. Eyni zamanda, elektrik xətlərində yüklənmələrin qarşısının alınması məqsədilə paytaxt və bölgələrdə gücləndirmə işləri davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
37
7
xezerxeber.az

10Источники