"1-2 saat su verilir, amma günün lazımlı vaxtı yox, gecə saatlarında"...
Paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsi Vilayət Əsgərov küçəsində yaşayan bir qrup sakin “Xəzər Xəbər”ə müraciət edərək su problemi ilə bağlı danışıblar. Onlar deyirlər ki, 1 ilə yaxındır yüzlərlə ailənin yaşadığı binaya su yalnız gecə saat 3-dən sonra verilir. Onlar binanın yuxarı mərtəbələrinə suyun çıxması üçün motorları quraşdırsalar da təzyiq zəif olduğundan digər mərtəbələrə qalxmır.
Sakinlər onu da bildirdilər ki, əvvəl normal şəkildə verilən su, boruların dəyişdirilməsindən sonra zəifləyib. Bu barədə aidiyyəti quruma məlumat verilib.
Qurumdan isə sakinlərə bildirilib ki, borular köhnə olduğundan su təzyiqlə verilmir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.