RU

Tramp rusiyalı həmkarı ilə görüşmək üçün şərtiniAÇIQLADI

ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə görüşmək üçün şərti açıqlanıb.

Redaktor.az  “New York Post”a istinadən xəbər verir ki, bu barədə Ağ Evin adı açıqlanmayan rəsmisi bildirib.

“Bu görüşün baş tutması üçün Putinin Ukrayna prezidenti Volodimir Zelenski ilə də görüşməsi lazımdır”, - deyən mənbə həmin görüş üçün yerin hələlik müəyyən edilmədiyini vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında Moskva və Vaşinqtonun yaxın günlərdə Putin və Tramp arasında görüş keçirməyə razılaşdığını bildirib. Onun sözlərinə görə, görüşün formatı və təfərrüatları üzərində iş gedir, görüşün yeri isə artıq müəyyənləşdirilib və bu barədə daha sonra məlumat veriləcək.

Избранный
68
50
redaktor.az

10Источники