RU

“Tramp-Əliyev-Paşinyan görüşü Rusiyaya verilmiş ultimatumla bağlıdır” – Sensasion açıqlama

Hadson İnstitutunun baş elmi əməkdaşı Luk Koffi sensasion açıqlama ilə çıxış edib.

O bildirib ki, ABŞ-da sabah baş tutacaq Ermənistan–Azərbaycan görüşü və Trampın Rusiya üçün təyin etdiyi son tarix arasında ciddi əlaqə var.

“Administrasiyadan yüksək vəzifəli bir məmur mənə dedi ki, bu iki hadisənin eyni vaxta düşməsi təsadüfi deyil. Tramp-Əliyev-Paşinyan görüşü Rusiyaya verilmiş diplomatik ultimatumla birbaşa bağlıdır. Rusiyanın Avrasiya regionundakı təsiri zəifləyir və bu, ABŞ-ın bölgədə diplomatik hücuma keçməsi üçün əlverişli məqamdır”, – deyə Koffi vurğulayıb.

Ekspertin sözlərinə görə, Vaşinqtonun məqsədi Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturası formalaşdırmaq və Moskvanın bu coğrafiyadakı mövqeyini sıxışdırmaqdır.

Musavat.com

Избранный
24
editor.az

1Источники