Ağdərədə meşə massivində başlayan yanğın geniş ərazilərə yayılır.
Sitat.info xəbər verir ki, yanğın rayonun Suqovuşan qəsəbəsi ərazisindəki meşə massivindən çıxıb.
Hazırda yanğın daha da genişlənmək üzrədir.
Təbii fəlakət zamanı ərazidə 2 mina partlayışı qeydə alınıb.
Hazırda yanğın baş verən ərazilərdə mina çox olduğundan, FHN-nin yanğınsöndürən əməkdaşları yanğın baş verən bölgəyə daxil olmağa çətinlik çəkirlər.