RU

UEFA Konfrans Liqası: "Araz-Naxçıvan" "Omoniya"ya məğlub oldu

"Araz-Naxçıvan" UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda məğlub olub.

Moderator.az xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda Bakıda Kiprin "Omoniya" kollektivini qəbul edib.

"Dalğa Arena"dakı qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 4:0.

Qonaqların heyətində Loizos Loizu 13 və 22-ci dəqiqələrdə fərqləniblər. 55-ci dəqiqədə Evandro, 58-ci dəqiqədə 58-ci dəqiqədə Stefan Yovetiç adını tabloya yazdırıb.

Cavab görüşü avqustun 14-də Nikosiyada keçiriləcək.

Qeyd edək ki, cütün qalibi pley-offda PAOK (Yunanıstan) - "Volfsberger" (Avstriya) duelinin məğlubu ilə görüşəcək.

Избранный
98
19
moderator.az

10Источники