Ağdərə rayonunda yanğın başlayıb.
“Qafqazinfo” xəbər verir ki, yanğın hadisəsi rayonun Suqovuşan qəsəbəsi ərazisində yerləşən meşə massivində başlayıb.
Məlumata görə, ərazidə 2 dəfə mina partlayışı baş verib. Hadisə yeri minalı olduğundan FHN-nin yanğınsöndürən əməkdaşları əraziyə daxil olmaqda çətinlik çəkir.
***
Yanğın baş verən ərazi FHN-nin Ağdərə, Tərtər və Naftalan rayonlarının yanğınsöndürən əməkdaşları cəlb olunub.
Alovlanma minalı ərazilərdə olduğundan yanğın ərazilərə yayılıb.
Ziya Əmirxanlı
