Avropalı rəsmilər Trampın Putinə təzyiq göstərməməsindən narahatdır...
Poliqon xəbər verir ki, yüksək vəzifəli Avropa rəsmisi The Washington Post qəzetinə bildirib ki, onlar Trampın Vladimir Putinlə birbaşa görüş planlaşdırmasından sarsılıb:
“Bütün bu lovğalığına baxmayaraq, Tramp indiyədək Putinə heç bir təzyiq göstərməyib. Tam sıfır. Heç nə”, deyə rəsmi qeyd edib.
Rəsmi vurğulayıb ki, aylardır atəşkəs çağırışlarına və təzyiqlərə məhəl qoymayan Rusiya prezidenti Vladimir Putin qarşıdan gələn sammitdə Donald Trampı manipulyasiya edə biləcəyinə ümid edir. Bu, xüsusilə 2018-ci ildə Helsinkidə keçirilən görüşdən sonra yaranmış ümumi fikir fonunda diqqət çəkir. Həmin görüş zamanı Tramp, ABŞ kəşfiyyat qurumlarının 2016-cı il prezident seçkilərinə Rusiyanın müdaxiləsi ilə bağlı rəyinə zidd olaraq, Putinin inkarlarını dəstəkləmişdi.
Hazırda analitiklər ehtimal edir ki, Putin yeni sammit zamanı da oxşar taktika ilə Trampın təcrübəsizliyindən və şəxsi simpatiyasından istifadə etməyə çalışacaq. Bu isə həm Avropada, həm də ABŞ-ın təhlükəsizlik dairələrində ciddi narahatlıq doğurur.
Poliqon.info