Ağdərə rayonunun Suqovuşan qəsəbəsi ərazisində yanğın başlayıb.
Operativ Media xəbər verir ki, meşədə başlayan yanğın mina və partlamamış döyüş sursatları olan ərazilərə yayılıb.
Əraziyə yanğınsöndürən briqadaları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.