RU

ABŞ-dan Azərbaycan-Ermənistan sülhü ilə bağlı ilk AÇIQLAMA GƏLDİ

  ABŞ Senatının üzvü Stiv Daines Azərbaycan və Ermənistan arasında imzalanması gözlənilən sülh müqaviləsinin yalnız regional deyil, qlobal əhəmiyyət daşıdığını bildirib.

Referans xəbər verir ki, o, bu sazişin ABŞ-ın milli təhlükəsizliyi baxımından həlledici rol oynayacağını vurğulayıb.

Senator qeyd edib ki, “Tramp marşrutu” adlandırılan strateji tranzit dəhlizi vasitəsilə Mərkəzi Asiyadan neft, qaz və nadir torpaq metallarının daşınması mümkün olacaq.

Bu dəhliz Avropaya enerji və strateji resursların tədarükünü genişləndirəcək, nəticə etibarilə isə Avropanın Rusiya və Çindən olan asılılığını azaldacaq.

Daines əlavə edib ki, Bakı və İrəvan arasında sülh sazişinin reallaşması, ABŞ üçün yalnız diplomatik uğur deyil, eyni zamanda enerji təhlükəsizliyi və geosiyasi sabitlik baxımından həyati önəm daşıyır./Globalinfo.az  

Избранный
20
1
referans.az

2Источники