RU

"Araz-Naxçıvan"ın potensial rəqiblərinin ilk oyununda qalib müəyyənləşmədi

"Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri - Yunanıstan PAOK-u ilə Avstriyanın "Volfsberger" klubu ilk oyununu keçirib.

Teleqraf xəbər verir ki, Salonikidə təşkil olunan matçda qalib müəyyənləşməyib - 0:0.
Komandalar arasında cavab oyunu avqustun 14-də Avstriyada keçiriləcək.
Qeyd edək ki, "Araz-Naxçıvan" UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk görüşündə Bakıda Kipr "Omoniya"sına 0:4 hesabı ilə uduzub.

Избранный
102
teleqraf.com

1Источники